Cənubi Koreyanın aparıcı müxalifətçi Demokratik Partiyası "Toburo" ölkə prezidenti Yunn Sok-Yolu ölkə konstitusiyanı pozduğuna görə məsuliyyətə cəlb etməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə partiyanın nümayəndəsi Kim Min Sok "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Toburo" üzvlərinin fikrincə, hərbi vəziyyətin tətbiqi qərarı birbaşa ölkə konstitusiyasının pozulması idi.
Xarici media isə yazır ki, Cənubi Koreya prezidenti Yun Sok-Yolun həbs ediləcəyi və impiçment elan ediləcəyi gözlənilir.
Xatırladaq ki, dekabrın 3-nə keçən gecə Cənubi Koreyanın başçısı fövqəladə iclas keçirib, ondan sonra ona qarşı impiçment prosesinin aparılması cəhdləri səbəbindən hakimiyyətin iflic olacağı təhlükəsini bəyan edib və ölkədə hərbi vəziyyət elan olunması ilə bağlı qərar verib.