Rusiyada məşhur “LockBit”, “Babuk”, “Hive” və “DarkSide” haker qrupları ilə əlaqəli olan kibercinayətkar Mixail Matveev saxlanılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ və bir sıra digər ölkələrə qarşı silsilə dağıdıcı hücumlarda təqsirli bilinir. Matveev beynəlxalq axtarışda olub, o, dünyanın ən çox axtarılan hakerlər siyahısına başçılıq edir.  FTB onun tutulmasına görə pul mükafatı elan edib.

Mixail Matveev 2023-cü ilin mayında  FTB tərəfindən beynəlxalq axtarışa verildikdən sonra şöhrət qazanıb. Agentlik onun tutulmasına kömək edən məlumat üçün böyük məbləğdə 10 milyon dollar mükafat təklif edib.

"Bu meyar əsasında "Wazawaka"nı asanlıqla dünyanın ən çox axtarılan kibercinayətkarı adlandırmaq olar", - Rusiya KİV yazıb.  

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, "Wazawaka" və onun tərəfdaşları bütün dövr ərzində kibercinayətkarlıqdan 200 milyon dollar qazanıblar. Onlar dünyanın ən böyük bankı olan Çin Sənaye və Kommersiya Bankına, "SpaceX"ə bağlı Maximum Industries-ə haker hücumda təqsirli bilinirlər. 

Matveev Rusiyada noyabrın 29-u axşam saatlarında saxlanılıb. Onun Amerika tərəfinə verilib-verilməsi isə sual altındadır. 

Gülayə Mecid