"Atəşkəs olacağı təqdirdə sülhü təmin etmək üçün Ukraynaya alman qoşunları göndərilə bilər".

"Unikal" "Die Welt" nəşrinə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

"Ukrayna ilə Rusiya arasında atəşkəs əldə olunarsa, alman əsgərləri də orada sülhü təmin etmək üçün istifadə edilə bilər", - Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.

Gülayə Mecid