Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan qarşısındakı bütün öhdəlikləri dəyişməz olaraq qalır.
"Unikal" xəbər verir ki, bunu qurumun baş katibi İmanqali Tasmaqambetov deyib.
Onun sözlərinə görə, Ermənistanla struktur arasında bu yaxınlarda formalaşmış münasibətlər formatı ilk növbədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin qərarıdır.
Məlum olduğu kimi, İrəvan KTMT-yə üzvlüyünü dondurduğunu bəyan edib, eyni zamanda yekun sənədlərin qəbuluna etiraz etmir.
Baş katib qeyd edib ki, İrəvanın məsələlərin müzakirəsində iştirak etməməsi strukturun effektivliyinə təsir göstərmir: "Bununla belə, biz ondan çıxış edirik ki, Ermənistan bizim müttəfiqimizdir və Ermənistan qarşısında bütün öhdəliklərimiz qorunub saxlanılır. O, istənilən vaxt təşkilatda tam miqyaslı iştiraka qayıda bilər, heç bir etiraz yoxdur".
Ağarza Elçinoğlu