İstanbulda son günlərdə saxta spirtli içkidən 46 nəfər zəhərlənib.

"Unikal" xəbər verir ki,  bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Bildirilir ki, onlardan 17-si ölüb, 22 nəfər isə xəstəxanaya yerləşdirilib. İstanbul polisi saxta spirtli içki satmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı ümumilikdə 19 şübhəli saxlanılıb.