Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Pirssat kəndinin ərazisində baş verib.

Belə ki, yolda hərəkət edən avtomobil yolu keçən Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Əhmədova Şəhla İdris qızını vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.