Ukraynada eks-prezident Pyotr Poroşenkonun oğlu Aleksey ərazi çağırış məntəqəsinə gəlmədiyi üçün axtarışa verilib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna kanalları məlumat yayıb.

Onların sözlərinə görə, Aleksey MTK-ya iki dəfə - sentyabrın 4-də və oktyabrın 21-də çağırılıb, lakin hər iki halda o, çağırışa məhəl qoymayıb.

Qeyd edək ki, Poroşenkonun oğlu ehtiyatda olan leytenant hərbi rütbəsinə malikdir.