Texnologiya milyarderi Brayan Conson “əbədi” yaşamaq üçün ildə 2 milyon dollar xərcləyir.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, texnologiya şirkətinin baş direktoru qocalmanı ləngitmək və mümkün qədər uzun yaşamaq üçün ciddi rejimə və pəhrizə riayət edir.

Buna görə də Conson 1950 kalorili pəhrizi və gündəlik pekan pudinqi (qoz, makadamiya, nar suyu, giləmeyvə və darçın qarışığı) ilə tanınır və Qərb Sahilindəki evində qalır.

Conson səyahətlərinə 94 dollarlıq qoz pudinqini və 86 dollarlıq "uzunömürlülük zülalı" satan Blueprint şirkətinin məhsulları ilə çıxır. Tərkibində bir sıra vitaminlər olan qidalardan ibarət tam “Blueprint paketi” 343 dollara başa gəlir.

O, məhsullarının ciddi sınaqdan keçirildiyini iddia etsə də, Milli Sağlamlıq İnstitutları (NIH) istehlakçıları onlardan istifadə etməkdən çəkindirir.