İranın Xuzestan əyalətində 5,6 maqnitudalı zəlzələ olub.
"Unikal" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri 841 min nəfər əhalisi olan Əhvaz şəhərindən 99 km şimal-şərqdə yerləşib. Zəlzələ 10 km dərinlikdə baş verib.
Məlumata görə, zəlzələ Loristan əyalətinin bir qismində də hiss olunub. Tələfat və ya dağıntılar barədə məlumat verilməyib.