Cəlilabadda baş verən yol qəzası ilə bağlı TƏBİB  açıqlama verib.

"Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1991-ci il təvəllüdlü (kişi cinsli) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Ona sol dizin travması diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 

Qəza nəticəsində 1 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.

**** 12:43

Cəlilabadda yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Unikal"ın məlumatına görə, hadisə nəticəsində rayonun Göytəpə şəhər sakini, 1965-ci il təvəllüdlü Əyyub Əsədov ölüb, Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Orxan Səfərov isə yaralanıb. 

Faktla bağlı araşdırma davam etdirilir. 

*** 11:51

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 

İlkin məlumata görə, "VAZ 2110" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb. 

Yaralı rayon xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev