Gürcüstan prezidenti Salome Zurabişvili ukraynalı həmkarı Volodimir Zelenskiyə hakim “Gürcü arzusu” partiyasının 19 üzvünə, o cümlədən hakim partiyanın təsisçisi və onun fəxri sədri Bidzina İvanişvili və baş nazir İrakli Kobaxidzeyə sanksiya tətbiq etdiyinə görə təşəkkür edib.

"Unikal" xəbər verir ki, bu barədə prezident özünün "Telegram" kanalında yazıb. 

"Sağ olun, Volodimir. Rusiya Qara dəniz üzərində nəzarəti bərpa etməyə çalışır", - deyə o qeyd edib. 

"Mən Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə mindirən fərman imzaladım. Bunlar hökumətin Gürcüstanın Putinə təhvil verdiyi hissəsinə qarşı sanksiyalardır. Beynəlxalq münasibətlərdə belə olur, əgər buna reaksiya verməsəniz onilliklər itirilir və ölkələr azadlığından məhrum olur. Bu regionda heç kim itirilə bilməz, nə Gürcüstan, nə Moldova, nə Ukrayna. Biz birlikdə özümüzü Moskvadan qorumalıyıq", - Zelenski bildirib. 

Ağarza Elçinoğlu