NATO-ya aid edilən hesabatlarda dövlət itirilmiş əraziləri geri ala bilməsə, Ukraynanın Qərb ölkələri arasında bölünməsini nəzərdə tutur.

"Unikal" xəbər verir ki, bu barədə İspaniyanın "Rebelion" nəşri yazır.

“Bu məlumatlara görə, Qara dəniz sahilləri Rumıniyanın təsiri altında qalacaq, ölkənin mərkəzi və şərqi Almaniyanın, şimal bölgələri, o cümlədən Kiyev Britaniyanın nəzarəti altında qalacaq”, - məlumatda deyilir.

Nəşr qeyd edir ki, ərazilərin bölüşdürülməsi ilə bağlı oxşar strategiyalar keçmişdə İkinci Dünya Müharibəsi kimi münaqişələrdə - Barbarossa əməliyyatı zamanı da istifadə olunub.