Niderland Gürcüstanla vizasız rejimin dayandırılması tələbi ilə rəsmi olaraq Avropa İttifaqına müraciət edəcək.

"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Kaspar Veldkamp "X" sosial şəbəkəsində məlumat verib.

"Gürcüstanda etirazçılara və jurnalistlərə qarşı zorakılıq, həmçinin siyasətçilərin həbsləri qəbuledilməzdir. Mən Baltikyanı ölkələrin məmurlarına fərdi səyahət qadağası tətbiq etmək təşəbbüsünü alqışlayıram", - deyə o yazıb.