Kolumbiyada "La Muñeca" (Körpə) ləqəbi ilə tanınan 23 yaşlı Karen Julieth Ojeda Rodriguez mütəşəkkil cinayətkarlıq dünyasına qarşı bir sıra qətllər və keçmiş sevgilisinin pusquya salınaraq öldürülməsi ilə əlaqədar həbs edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kolumbiyada saxlanılan Karen Bukaramanqa bölgəsində "Los de la M" adlı mütəşəkkil cinayət dəstəsi adından bir sıra məqsədyönlü qətllər törətdiyi iddia edilir.

Gənc qadın bölgədə cinayətkarlar qrupuna rəhbərlik edirmiş. 

Keçmiş sevgilisi Deyvi Jesus iyulun 23-də Piedecuesta çölündə pusquya salınaraq öldürüldükdən sonra polis orqanları Kareni izləyib. İddialara görə, Karen pul mübahisəsini həll etmək adı ilə keçmiş sevgilisini görüşə dəvət edib. Lakin görüş yerinə gələn Jesus motosikletlə yaxınlaşan iki qatil tərəfindən vurularaq öldürülüb.

Əməliyyat zamanı qadın şəriki, “Qorda Sikariya” (Kök qatil) ləqəbli 24 yaşlı Paula Valentina Coya Rueda və “Leopoldo” təxəllüsü ilə tanınan başqa bir şübhəli ilə birlikdə yaxalanıb. Polis həbs zamanı tapança və 9 millimetrlik tapança götürüb. Bu silahların qətllərdə istifadə edilib-edilməməsi araşdırılır.

Kolumbiyanın Bukaramanqa şəhərində üç gündən bir qətl hadisəsi baş verdiyi bildirilir. Təxminən 1,3 milyon əhalisi olan bu şəhərdə cinayət nisbətləri yerli sakinlər və hakimiyyət orqanları üçün ciddi narahatlıq doğurur.
Hakimiyyət hələ ki, Karen və onun əlaltılarının hansı ittihamlarla mühakimə olunacağını açıqlamayıb. Lakin bu həbslər mütəşəkkil cinayətkar fəaliyyətlə mübarizədə mühüm dönüş nöqtəsi hesab olunur.

Seymur Əli