Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədin Ankara ilə Dəməşq arasında görüş və münasibətlərin nizamlanması təklifinə müsbət cavab vermədiyini bəyan edib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

"Bu an etibarilə hədəf İdlib, Həma, Xüms və təbii ki Şamdır. Müxalifətin bu yürüşü indi də davam edir. Biz bunu həm kəşfiyyat, həm də bütün media vasitəsilə izləyirik. Təbii ki, Suriyadakı bu yürüşün insidentsiz və problemsiz davam edəcəyinə ümid edirik.

Xatırlayırsınızsa, Əsədə çağırış etmişdik. Dedik ki, görüşək, Suriyanın gələcəyini birlikdə təyin edək. Təəssüf ki, Əsəddən müsbət cavab ala bilmədik. Hazırda İdlibdən sonra Xüms yenidən müxalifətin əlindədir və Dəməşqə doğru irəliləyiş var. Bölgədə davam edən bu narahat yürüşlər bizim istədiyimiz kimi deyil. Təəssüf ki, bölgədə problem var", - Türkiyə lideri bu gün jurnalistlərə deyib.

Ağarza Elçinoğlu