Rusiyanın Suriyadakı səfirliyi vəziyyətin gərginləşməsi ilə əlaqədar rusları mövcud hava limanları vasitəsilə kommersiya reysləri ilə respublikanı tərk etməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "Telegram" kanalında məlumat verilib. 

“Suriyadakı ağır hərbi-siyasi vəziyyətlə əlaqədar Rusiyanın  Dəməşqdəki səfirliyi Suriya Ərəb Respublikasında yaşayan Rusiya vətəndaşlarına mövcud hava limanları vasitəsilə kommersiya reysləri ilə ölkəni tərk etmək imkanını xatırladır”, - məlumatda deyilir.