Samuxda 18 yaşlı gənc qız dəm qazında boğulub.

"Unikal"ın məlumatına görə hadisə rayonun Ziyadlı kəndində baş verib. Kənd sakini 2006-cı il təvəllüdlü F.Abbasova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov