Goranboyda iki qadın dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə Qaraçinar kəndində baş verib. 2004-cü il təvəllüdlü Elyasova Ayşən Rəşid qızı və 2000-ci il təvəllüdlü Bağırova Gülşən Abdulla qızı yaşadıqları evdə dəm qazından zəhərlənərək halsız vəziyyətə düşüblər. Doğmalarının köməyi ilə hər iki qadın təcili xəstəxanaya çatdırılıb. Görülən zəruri tibbi yardım sahəsində zəhərlənən qadınların durumu stabilləşib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov