Dünən saxlanılan jurnalistlərin nədə ittiham edildiyi məlum olub.
"Unikal" xəbər verir ki, saxlanılanlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli bilinirlər.
Ramin Cəbrayılzadəyə (Ramin Deko) həmin maddə üzrə artıq ittiham elan olunub.
Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aynur Elgünəş və Natiq Cavadlının vəkilləri onların şübhəli şəxs qismində saxlanıldığını qeyd edib. Vəkillər saxlanılanlardan bəzilərinin evində axtarış aparıldığını bildiriblər.
Qeyd edək ki, dünən Daxili İşlər Nazirliyi Ramin Cəbrayılzadənin (Ramin Deko) ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanıldığını bildirib.