Suriya prezidenti Bəşər Əsəd paytaxt Dəməşqdə deyil. 

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın mənbəsinin məlumatına görə, siyasətçinin ofisinin təkzibinə baxmayaraq, dövlət başçısı şəhərdə onun tapıla biləcəyi yerlərin heç birində yoxdur. Bundan başqa, adətən siyasətçini qoruyan və onu müşayiət edən mühafizəçilər də yoxdur. 

Bu səbəbdən Əsədin ölkədən qaça biləcəyi istisna edilmir: "Üsyançı qüvvələr Əsədin harada olması barədə etibarlı məlumatlara malik deyillər və onu tapmaq üçün cəhdlərini davam etdirirlər". 

Ağarza Elçinoğlu