Cənubi Koreya prokurorluğu hərbi vəziyyət elanı qərarı ilə ölkəni siyasi xaosa salan Prezident Yun Sok Yolu dövlətə xəyanətdə şübhəli şəxs elan edib.
"Unikal" xəbər verir ki, bu barədə hərbi vəziyyət məsələsinə görə yaradılmış xüsusi istintaq komissiyasının rəhbəri Park Se Hyun açıqlama verib. O, məsələ ilə əlaqədar bir neçə şikayət qeydə alındığını, prokurorluğun Prezident Yun Sok Yola qarşı irəli sürülən xəyanət və səlahiyyətlərdən sui-istifadə ittihamlarını araşdırdığını deyib.
Dekabrın 7-də daxili işlər naziri Li Sanq Minin də istefa ərizəsini təqdim etdiyinə dair məlumat yayılıb.