Belə bir ehtimal var ki, Bəşər Əsəd BƏƏ-yə uçmağı bacarıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Strateji Araşdırmalar İnstitutunun direktorunun müşaviri Vladimir Fitin bildirib.

Fitinin sözlərinə görə, Əsədin ailəsi təxliyə edilib, qardaşı və onun rəhbərlik etdiyi qoşunlar İraqa gedib.

Daha əvvəl "Reuters" Suriya mənbələrinə istinadən Əsədin təyyarə qəzasında ölmə ehtimalının yüksək olduğunu bildirmişdi.