Suriya müxalifətinin silahlı qrupları Dəməşqdəki səfirliklərə və digər diplomatik nümayəndəliklərə hücum etməyəcəyinə söz verib.

"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti yazır.

“Biz səfirliklərə və diplomatik nümayəndəliklərə hücum etməməyi öhdəmizə götürürük”, - deyə Suriyadakı müxalifət rəhbərliyinə yaxın agentlik mənbəsi bildirib.

Bundan əvvəl Suriya Müxalifət və İnqilabçı Qüvvələrin Milli Koalisiyası ölkə prezidenti Bəşər Əsədin əleyhdarlarına müraciət edərək dövlət əmlakına qayğı göstərməyə çağırıb. Bəyanatda bütün bu tikililərin xalqa məxsus olduğu vurğulanıb.