Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünü və rusiyalı həmkarı Vladimir Putini dünyada qalan yeganə lider adlandırıb.
"Unikal" xəbər verir ki, ölkənin cənub-şərqində yerləşən Qaziantep vilayətində gənclərlə söhbəti zamanı siyasətçi özünü və Putini təcrübəli liderlər sırasında olduğunu deyib.
“Bunu mən olduğum üçün demirəm. Amma mənim səlahiyyət müddətim 22 ildir. Cənab Putinlə demək olar ki, eynidir", - deyə Ərdoğan bildirib.
O əlavə edib ki, o və Rusiya Federasiyasından olan həmkarı ilə dialoqu davam etdirmək istəyirlər, çünki siyasətin davam etdirilməsi vacibdir. Türkiyə prezidentinin sözlərinə görə, məsələn, Almaniyada bu, kansler Angela Merkelin gedişi ilə başa çatıb.