Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev ölüb.

Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb.

Onun bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev dekabrın 7-də dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, sözügedən partlayış dekabrın 3-də qeydə alınıb.