Konsulluqların fəaliyyəti ilə bağlı qaydalar dəyişir.

"Unikal" xəbər verir ki, bu, Azərbaycan Respublikasının Konsul Nizamnaməsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Konsulluqlar öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələri, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanununu, bu Nizamnaməni və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını rəhbər tutur, eləcə də qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.

Qeyd edək ki, bundan əvvəl Konsulluqlar öz fəaliyyətində bu Nizamnaməni Azərbaycan Respublikasının və konsulluqların yerləşdiyi dövlətlərin qanunlarını, beynəlxalq müqavilələri və beynəlxalq adətləri əsas tuturdu.

Anar Kəlbiyev