Suriyada hakimiyyətə gələn silahlı müxalifət komandanlığı qadınların hicaba məcbur edilməsini qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Ali Komandanlıq qadınları müəyyən paltarlar geyinməyə məcbur etməyi və ya onların geyim seçmək hüququna müdaxilə etməyi və ya zahiri görkəmi ilə bağlı tələblər irəli sürməyi qəti şəkildə qadağan edir", - deyə məlumatda bildirilir.
Bundan başqa, silahlı müxalifət Suriyada media işçilərinin təqib edilməsini qadağan edib.
Yeni hakimiyyət Suriya televiziya, radio və sosial şəbəkələrində çalışan jurnalistlərə qarşı hər hansı hücumu, eləcə də onları təhdid etməyi qəbuledilməz hesab edir. Sərəncamı pozanları 1 ilə qədər həbs gözləyir.
Ağarza Elçinoğlu