"Beynəlxalq ekspertlər işğaldan azad olunmuş ərazilərdə 1,5 milyon mina və sursat olduğunu qeyd edirlər. Baş vermiş hadisələrin 70 faizdən çoxu təmas xəttindən içəridə baş verib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib.

O bildirib ki, heç bir mina təmizləyən hansısa ərazinin təmiz olduğunu vurğulaya bilməz: "Hətta delimitasiya və demarkasiya aparılmış ərazilərdə bir çoban minaya düşüb".

Anar Kəlbiyev