Xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixrac strukturunda qurudulmuş meyvə ixracının xüsusi çəkisi artmaqdadır.  

Bu barədə "Unikal"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, 2024-cü ilin yanvar-noyabr aylarında ölkəmizdən xaricə 1,597.3 ton qurudulmuş meyvə ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37.8% çoxdur.

11 ay ərzində qurudulmuş meyvə ixracından əldə olunan olunan vəsait 5,137.2 min dollara çatıb. Xarici bazarlara qurudulmuş meyvə ixracından əldə olunan vəsaitini miqdarı ötən ilin yanvar-noyabr ayı ilə müqayisədə 17% artıb.