ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby Gəncəyə səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə səfirliyin "X" platformasındakı paylaşımında bildirilib.

Səfir Gəncədə Azərbaycan-Ermənistan münaqişə qurbanlarının xatirəsini ehtiramla yad edib.

"Səfir Azərbaycan və Ermənistan arasında münaqişə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib. Birləşmiş Ştatlar regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir", - paylaşımda qeyd edilib.