Yevlax rayonundan olan 103 yaşlı ikinci Dünya Müharibəsi iştirakçısı dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, 1921-ci ildə Xaldan qəsəbəsində doğulan Abdullayev Abdulla Hacı oğlu 1941-1945-ci illərdə Sovet qoşunlarının tərkibində döyüşüb.
Müharibədən sonra doğulduğu Xaldan qəsəbəsində yaşayan Abdulla Abdullayev 103 yaşında vəfat edib.
Ehtiram Muradov