Goranboyda Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı "Heydər Əliyev-Vətənə, Xalqa həsr edilən ömür" adlı konfrans keçirilib. 

"Unikal" xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı, rayon Olimpiya İdman Kompleksinin akt zalında,  "Heydər Əliyev-Vətənə, Xalqa həsr edilən ömür"  adlı  təşkil olunan konfransda icra başçısı Məhərrəm Quliyev, YAP rayon təşkilatının sədri və partiya fəalları, rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, şəhid ailələri və qazilər iştiak ediblər.

Konfransda Ümummilli lider Heydər Əliyevin öz xalqına həsr olunmuş çoxşaxəli və mənalı ömür yolunu və dövlət idarəçilik fəaliyyətini özündə əks etdirən rəsm-əl işləri və videoçarx  izlənilib. Konfransda çıxış edən icra başçısı və digər ziyalılar, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində, Müstəqil Azərbaycanın memarı, müasir dövlət idarəçiliyimizin və azərbaycançılıq ideologiyasının banisi kimi xüsusi yeri olduğunu vurğulayıblar.