“Liverpul”un sabiq futbolçusu Nabi Keytanın yeni komandası bəlli olub.

"Unikal" xəbər verir ki, Macarıstanın “Ferensvaroş” klubunun mətbuat xidməti 29 yaşlı yarımmüdafiəçinin “Verder”dən icarəyə götürüldüyünü açıqlayıb.

2025-ci ilin yanvarından yeni klubunda çıxış edəcək qvineyalının anlaşması bir il müddətinə nəzərdə tutulub. Ötən mövsümdə Bremen təmsilçisində cəmi 5 oyunda şans qazanan Keyta bu ilin avqustunda əsas komandanın məşqlərindən kənarlaşdırıb. Onun Almaniya klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, Keyta 2018-23-cü illərdə “Liverpul”da çıxış edib.