Azərbaycan prezidenti, mərhum Heydər Əliyev 1990-cı ildə Moskvadan vətənə qayıtıdıqdan sonra siyasi təqib üzündən Naxçıvana üz tutmağa məcbur qalmışdı. Naxçıvanda 3 il yaşayan Heydər Əliyev buradan ölkənin ictimai-siyasi həyatında fəal iştirakçısı idi. 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilən H.Əliyev daha sonra Naxçıvan Ali Məclisinin sədri oldu.Naxçıvanda yaşadığı dönəmdə ailə üzvləri də H. Əliyevi ziyarət edirdilər. Oğlu İlham Əliyev Moskvada yaşasa da Naxçıvana tez-tez gəlirdi.

"Unikal" Azpost.info-ya istinadən 29 yaşlı İlham Əliyevin Naxçıvanda Şərur rayonunda çəkilmiş fotosunu təqdim edir:

İlham Əliyevlə fotoda söhbət edən şəxs Şərur rayon polis şöbəsinin o zamankı rəisi Allahverdi Həsənovdur.

Naxçıvanda erməni hucumlarına qarşı müdafiənin təşkilində mühüm rol oynamş şəxslərdən olan A.Həsənov həmçinin Ali Məclisin deputatı olub. 2007-ci ildən təqaüdə çıxıb.