Nərimanov və Suraxanı rayonlarında qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Abşeron rayonunda “Masazır” yüksək təzyiqli tənzimləmə məntəqəsində baypas xəttinin quraşdırılması, eləcə də Balakən rayonu ərazisində qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi və “Tərtər” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə 11.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması nəzərdə tutulur.
Bu barədə “Unikal"a “Azəriqaz” İB-dən bildirilib.
Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə paytaxtın Nərimanov rayonu üzrə İ.Hidayətzadə, A.Heydərov, Mayovski, M.Nağıyev, Y.Nəsirov küçələrinin, Suraxanı rayonu üzrə Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsinin, Abşeron rayonu üzrə Masazır qəsəbəsinin, yeni yaşayış sahəsinin, Xırdalan şəhəri, AAF Park Yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Regionlar üzrə isə Balakən rayonunun (Balakən şəhəri ,1 qəsəbə və 26 kənd), Tərtər rayonunun (23 kənd) və Bərdə rayonunun (9 kənd) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.