Biləsuvar rayonunda azyaşlı dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, hadisə rayonuun Xırmandalı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2020-ci il təvəllüdlü Nuray Niyaməddin qızı Əliyevanın qəflətən halı pisləşib. Bunu görən valideynləri uşağı rayon xəstəxanasına çatdırıb. Həkimlərin səylərinə baxmayaraq azyaşlının həyatın xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 10 ildən sonra doğulan Nuray ailənin yeganə övladı olub.
Xəlil Əliyev