Cənubi Koreya prezidenti Yoon Seok-Yeol impiçment proseduruna keçməyə və hərbi vəziyyətin tətbiqi ilə insidentin araşdırılmasında iştirak etməyə hazır olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi respublika liderinin çıxışından sitat gətirib.
“Mən sona qədər mübarizə aparacağam”, - deyə dövlət başçısı ifadə edib.
Yeolun sözlərinə görə, onun tətbiq etdiyi hərbi vəziyyət üsyan deyil, çünki o, səlahiyyətləri daxilində “ölkəni müdafiə etməyə” cəhd göstərib. Yoon vurğulayıb ki, parlamentin də prezidentin qərarını ləğv etmək hüququ var.
Cənubi Koreya lideri deyib ki, o, hərbi vəziyyətə son qoymaq üçün səsverməni pozmaq əvəzinə, asayişi qorumaq üçün hərbçilərə parlamentə çatmağı əmr edib.
Dekabrın 3-də Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan edib və qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah edib.
Gülayə Mecid