Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür. Bununla əlaqədar olaraq, Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanında ucaldılan abisəsi ziyarət olunub.

"Unikal" xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş Konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanı və Heydər Əliyev Park-Kompleksində ucaldılan abidələri idarə, müəssisə və təşkilat kollektivləri, həmçinin sakinlər tərəfindən gün ərzində ziyarət olunub.