“İnter Mayami”nin hücumçusu Lionel Messi yeni nəslin ən yaxşısı hesab etdiyi futbolçunun adını çəkib. 

"Unikal" "Football Espania"ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçu "Barselona"nın 16 yaşlı forvardı Lamin Yamalı özünə bənzətdiyini deyib:

“Hansı gənc futbolçuya baxanda özümü görürəm? İndiki gənc futbolçuları bəyənirəm, onları qarşıda çox şey gözləyir. Təbii ki, Lamin Yamal haqqında eşitmişəm. O, yoluna belə davam etməlidir. Lakin bu, özündən və digər amillərdən asılıdır. Yamal artıq əla performans nümayiş etdirir və əminəm ki, onu parlaq gələcək gözləyir”.

Qeyd edək ki, bu mövsüm Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 20 oyun keçirib, 6 qol vurub və 12 məhsuldar ötürmə verib.