Mingəçevirdə yeniyetmə oğlan dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə Günəşli yaşayış massivində baş verib. Belə ki, 2007-ci il təvəllüdlü Hacıqabul rayon sakini Rzazadə Akif Xəqani oğlu dəm qazından zəhərlənərək halsız vəziyyətə düşüb. Ətrafdakıların köməyi ilə zəhərlənən gənc xəstəxanaya çatdırılıb. Görülən ilkin tibbi müdaxilədən sonra onun durumu stabilləşib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov