Azərbaycanda magistrat dərcəsi almış və rezendenturanı bitirmiş şəxslər müvafiq vəsait ödəməklə hərbi xidmətdən azad olunsunlar.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

"Məsələn, bir qohumum var və bankda işləyir. Çox yaxşı mütəxəssisdir və banka xeyir verir. Deyək ki, ilin sonunda bank ona 60 min manat mükafat verir. Həmin şəxs o məbləği ödəsin və hərbi xidmət azad olunsun. Bunu nümunə kimi çəkirəm ki, bu barədə düşünməliyik. Bir çox ölkələrdə bu təcrübədən istifadə olunur. Ümumiyyətlə, peəşkar ordunun tərəfdarıyam. İnsanlar müqavilə əsasında orduya cəlb olunsunlar Dövlət hesab edirsə ki, hazırda buna imkanlar yoxdur, heç olmasa magistr və rezenduturanı bitirənlərin pul qarşılığında hərbi xidmətdən azad olunması məsələsinə baxılsın".

Anar Kəlbiyev