"Təəssüf ki, Salome Zurabişvili ölkəmizin milli maraqlarına ziyan vurmağa çalışırdı. Xüsusilə son 3 il ərzində".

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Mirşahinin vaxtı" verilişinə müsahibəsində deyib. 

"Prezidentin öz ölkəsinin milli maraqlarına qarşı çıxması təəssüfdoğrucu haldır. Allaha şükür ki, Gürcüstan parlamentli respublikadır. Prezident ölkəmizə çox ziyan vura bilmədi. Dekabrın 29-da onun səlahiyyətləri bitir və o, təqaüdə çıxmalı olacaq. 

Dekabrın 14-də keçiriləcək prezident seçkilərində kimin qalib gələcəyi əvvəlcədən məlumdur: "Gürcü arzusu". Bizim siyasi komandamızın gürcü xalqının etimadı əsasında yeni prezident seçmək hüququ var. Biz artı müvafiq namizədi, çox layiqli insanı təqdim etmişik - Mixail Kavelaşvilinin dekabrın 29-da andiçməsi olacaq. Düşünürəm ki, o, bziim ölkəmizdə çox yaxşı prezident olacaq", - gürcü baş nazir bildirib.