"Real"ın futbolçusu Vinisius Juniyor 2023/24 mövsümünün ən yaxşı futbolçusu seçilib.
"Unikal" xəbər verir ki, bu, İspaniyanın "Marca" nəşri tərəfindən keçirilən səsvermədə müəyyənləşib. Səsvermədə dünyanın hər yerindən 122 jurnalist, sabiq məşqçilər və futbolçular iştirak ediblər.
Qeyd edək ki, ikinci yerdə "Real"ın daha bir futbolçusu Cud Bellingem qərarlaşıb. İlk üçlüyü "Mançester Siti"nin futbolçu Rodri tamamlayıb.