Gecə saatlarında Şamaxı və Qobustan rayonları ərazinə yağan qar və güclü çovğun Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsində buzlaşmaya səbəb olub.
"Unikal" xəbər verir ki, yolun buz bağlaması avtomobillərin hərəkəti üçün təhlükə yaradıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismar MMC-nin əməkdaşları əraziyə texnika və canlı qüvvə cəlb edib. Yolun buzdan təmizlənməsi üçün hərəkət hissəsinə qum-duz qarışığı səpilib.
Hazırda sözügedən yol buzdan təmizlənib. Avtomobillərin hərəkətində çətinlik yoxdur.
Eyni zamanda, Şamaxı-Qızmeydan-Dəmirçi avtomobil yolunda da buzlaşmanın qarşısının alınması üçün qum-duz qarışığı səpilib.