Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun dekabr ayı üzrə növbəti səyyar qəbulu Hacıqabul rayonunda, 101 evlik məcburi köçkün qəsəbəsində və Şirvan şəhərində 685 mənzilli qəsəbədə keçirildi.
“Unikal” xəbər verir ki, qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi.
Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olundu. Bəzi məsələlər üçün müvafiq izahatlar verildi. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildirdilər.
Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Malik İsaqov vətəndaşların problemlərini dinlədi - FOTOLAR

21:40 16-12-2024
CƏMİYYƏT





Digər Xəbərlər
2025-02-27 10:01:56

2025-02-27 10:00:29

2025-02-27 09:57:16

2025-02-27 09:50:00
.png)
2025-02-27 09:46:00

2025-02-27 09:32:08

2025-02-27 09:28:00

2025-02-27 09:00:14

2025-02-27 08:59:00

2025-02-27 08:57:07

2025-02-27 08:54:46
2025-02-26 22:55:46

2025-02-26 22:36:19

2025-02-26 21:14:26

2025-02-26 20:42:31

2025-02-26 20:15:16

2025-02-26 20:09:06

2025-02-26 19:32:31

2025-02-26 18:59:30
