Fəvvarələr meydanında “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının açılışı olub. 

"Unikal" xəbər verir ki, yarmarka 15 yanvar 2025-ci il tarixinədək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hər il olduğu kimi, yarmarkaya giriş ödənişsizdir.

2013-cü ildən etibarən hər il Yeni il ərəfəsində “Nargis” Fondu tərəfindən keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası Azərbaycanın müxtəlif guşələrindən Fonda müraciət edən ailələrə ümid bəxş edir. Hər il olduğu kimi, builki yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Hər il internat, uşaq evləri, sığınacaqlar, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın fəxri qonaqları olurlar. Hər bir yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılır.

Yarmarka yeni qurulmuş və istifadəyə veriləcək 64 böyük və 20 balaca ev, 3 ədəd iki mərtəbəli restoran, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu otağı, labirint otağı, kiçik köşklər, müxtəlif tematik guşələr, Santa evi və böyük Yeni il şam ağacından ibarətdir. Yarmarka ərazisində quraşdırılmış iki ədəd böyük monitorda yarmarka haqqında ətraflı məlumat və yarmarkanın xəritəsi nümayiş olunur.

Yarmarkanın qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, münasib qiymətə Qərbin və Şərqin unikal ləzzətli təamlarını kəşf edə, tematik guşələrə baş çəkə, soyuq qış günündə isti içkilərlə isinə, müxtəlif oyunlar oynaya, şəkillər çəkdirə və sevdikləri ilə birlikdə özlərini əsl qış nağılında hiss edə bilərlər. Burada hər kəsi çoxlu sürprizlər, tədbirlər və tematik günlər gözləyir.

FOTO: Ayxan Malikov


@unikal.az Fəvvarələr meydanında “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının açılışı olub. "Unikal" xəbər verir ki, yarmarka 15 yanvar 2025-ci il tarixinədək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hər il olduğu kimi, yarmarkaya giriş ödənişsizdir. 2013-cü ildən etibarən hər il Yeni il ərəfəsində “Nargis” Fondu tərəfindən keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası Azərbaycanın müxtəlif guşələrindən Fonda müraciət edən ailələrə ümid bəxş edir. Hər il olduğu kimi, builki yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Hər il internat, uşaq evləri, sığınacaqlar, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın fəxri qonaqları olurlar. Hər bir yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılır. Yarmarka yeni qurulmuş və istifadəyə veriləcək 64 böyük və 20 balaca ev, 3 ədəd iki mərtəbəli restoran, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu otağı, labirint otağı, kiçik köşklər, müxtəlif tematik guşələr, Santa evi və böyük Yeni il şam ağacından ibarətdir. Yarmarka ərazisində quraşdırılmış iki ədəd böyük monitorda yarmarka haqqında ətraflı məlumat və yarmarkanın xəritəsi nümayiş olunur. Yarmarkanın qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, münasib qiymətə Qərbin və Şərqin unikal ləzzətli təamlarını kəşf edə, tematik guşələrə baş çəkə, soyuq qış günündə isti içkilərlə isinə, müxtəlif oyunlar oynaya, şəkillər çəkdirə və sevdikləri ilə birlikdə özlərini əsl qış nağılında hiss edə bilərlər. Burada hər kəsi çoxlu sürprizlər, tədbirlər və tematik günlər gözləyir. #kesfet #unikal #yarmarka #yeniil ♬ Christmas - neozilla