Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, 1988-ci il təvvəllüdlü Timur Əliyev Luqansk vilayətində həlak olub.
O, 2022-ci ilin iyul ayından etibarən Donetsk və Luqansk vilayətlərində döyüşlərdə iştirak edib.
Qeyd edək ki, mərhum ailəli olub və iki övladı var.