Gəncədə məktəbli bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb. Belə ki, 8-ci sinif şagirdi bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bıçaqlanan və hadisəni törədən Sevinc qəsəbəsində yerləşən 21 nömrəli tam orta məktəbin şagirdləridir.

Hadisəni məktəbin 10-cu sinif şagirdi törədiyi bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

*** 

Gəncədə məktəblilər arasında insident baş verib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Unikal"a bildirilib ki, Gəncə şəhər 21 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi həmin məktəbin 8-ci sinif şagirdinə məktəbdənkənar ərazidə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir: "Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək. Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".

Tural Əhmədov