Daşkəsəndə qadın intihar edib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qaratağlar kəndində baş verib.

Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü Rəfiqə Hüseynova yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov