İlin əvvəlindən Türkiyə Ordusu bölgədə ümumilikdə 2959 terrorçunu zərərsizləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin məlumatına görə, antiterror əməliyyatları həm Türkiyənin öz ərazisində, həm də Suriya və İraqın bitişik rayonlarında aparılır. Təkcə son bir həftə ərzində Türkiyə hərbçiləri 41 terrorçunu məhv edib. Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zeki Aktürk bölgədə terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmini vurğulayıb.
Suriyadakı vəziyyətlə bağlı Aktürk qeyd edib ki, Ankarada qonşu ölkədə gedən proseslər diqqətlə izlənilir.
“Türkiyə Suriyanın suverenliyi və ərazi bütövlüyünün tərəfdarıdır. Ankara üçün prioritet Suriya ərazisində fəaliyyət göstərən PKK terrorçularının yaratdığı təhlükəni tamamilə aradan qaldırmaqdır. Terrorçuların hərəkətlərinin qarşısının alınması və onların tamamilə məhv edilməsi istiqamətində addımlar davam etdiriləcək. Biz terrorla mübarizədə Suriyanın yeni administrasiyası ilə əməkdaşlığı davam etdirəcəyik”, - deyə o, əmin edib.
Onun sözlərinə görə, digərləri ilə yanaşı, suriyalı qaçqınların öz doğma torpaqlarına könüllü, təhlükəsiz və layiqli şəkildə qayıtması üçün səylər göstərilir.